Türkiyə və Yunanıstan siyasi məsləhətləşmələrə başladı

11:55 16.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ilə Yunanıstan arasında münasibətlərin normallaşması çərçivəsində yeni addımlar atılır. Bu gündən etibarən Birgə Fəaliyyət Planının iclası və Siyasi məsləhətləşmələr başlayır.

Hafta.az-ın yazdığına görə, Yunanıstanın paytaxtı Afinada bu gün və sabah keçiriləcək danışıqlarda Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini, səfir Burak Akçapar başçılıq edəcək.
Birgə Fəaliyyət Planı İclasında ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, səhiyyə, ətraf mühit və insan sahələrində əlaqələrin yaxşılaşdırılması istiqamətində atılan addımlar nəzərdən keçiriləcək. Yeni əməkdaşlıq sahələri qiymətləndirilərkən, prosesin gələcəyi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Siyasi məsləhətləşmələr çərçivəsində sabah iki ölkənin nümayəndə heyətləri bir araya gələrək ölkələr arasındakı problemləri müzakirə edəcəklər. Müsbət gündəmlə həll edilə bilən maddələr müəyyənləşdiriləcək və bu maddələr üzrə irəliləyişi təmin etmək üçün yol xəritəsi hazırlanacaq.
Danışıqlar zamanı iki ölkə arasında münasibətlərin normallaşması ilə yanaşı, regional və beynəlxalq məsələlər də müzakirə olunacaq. Bu məsələlərdə iki ölkənin ortaq maraqları naminə atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparılacaq.