Türkiyədə 134 nəfər virusdan ölüb

23:00 30.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son 24 saatda daha 134 nəfər koronavirusdan həyatını itirib.

Hafta.az xəbər verir ki, bu gün ölkədə yeni yoluxanların sayı 6 933 nəfər olub.

Səhiyyə Nazirliyinin açıqlamasına görə, hazırda Türkiyə xəstəxanalarında 1390 nəfər ağır koronaviruslu xəstə müalicə alır.