Bu il "Qəhvə üçün gözlərini aç" şüarı ilə festivalla bağlı açıqlama verən Festivalın direktoru Burcu Bozkaya Şenər, davamlı qəhvə festivalı məqsədinə çatdıqlarını söyləyib.
Hafta.az-ın yazdığına görə, tədbirin ilk dəfə "Tərsanə İstanbul"a daşındığına diqqət çəkən Şenər, "İstanbulun gözəl mənzərəsinin bizi qarşıladığı bir bölgədəyik. Adına layiq məzmunla gəldik. Bu il ərazimiz əvvəlki tədbirlərdə olduğundan daha böyükdür. İçəridə 200-dən çox stend var" deyib.

Festivala gələn ziyarətçilərdən böyük maraq gözlədiklərini ifadə edən Şenər bildirib ki, səhnədə canlı ifaların edilir. Xaricdən gələn qonaqlar da var. Festival çərçivəsində 30-dan çox olacağı gözlənilən danışıqlar və seminarlar üçün sahələr yaradılıb. La Marzocco Academia da bu il tədbirdə iştirak edir. Tədbirdə sərgi meydançası da yaradılıb. Qısası, qəhvə haqqında nə düşünülürsə, bu il hamısı burada həyata keçiriləcək.
Burcu Bozkaya Şenər bu il seminarları ikiyə böldüklərini ifadə edərək, “Bu il xaricdən gələn qonaqlarımızın nisbəti çox yüksəkdir. Rusiya, İndoneziya, Qvatemala, Vyetnam və İtaliyadan çoxlu ziyarətçi və iştirakçımız olduğundan, seminarları ikiyə böldük. Təcrübə sahələri yaratdıq” deyib.

Festivalda keyfiyyətli qəhvələr, qəhvəxanalar, qovurmaxanalar, əsas beynəlxalq və milli qəhvə markaları, maşın və avadanlıq istehsalçıları və bütün digər qəhvə sənayesi maraqlı tərəfləri qəhvə həvəskarları ilə bir araya gələcək.
Sentyabrın 17-dək konsertlər və emalatxanalarla davam edəcək festivala 130 brend qatılacağı halda, festival çərçivəsində 30 canlı konsert, 20 panel və 20 seminar keçiriləcək.
Tədbir zamanı Türk Telekom Prime-nin səhnə sponsorluğu ilə Bedük, Bade Nosa, Netam, Seda Erciyes, Rain Lab, Efza, Kamufle, Göksel, KÖFN və Can Bonomo kimi bir çox adlar konsert verəcək.