Türkiyədə atışma olub

09:55 23.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İzmir şəhərinin Bayraqlı rayonunda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən atışma olub.

Hafta.az xəbər verir ki, silahlı şəxs qəhvəxanaya basqın edərək bir neçə nəfərə tapançadan atəş açıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb. Bildirilir ki, hazırda polislər atəş açan şəxsin axtarışını həyata keçirirlər.