Türkiyədə avtobus qəzası: ölü və yaralılar var

13:37 30.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Dinar rayonunda sərnişin avtobusunun yolun kənarına aşması nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.