Yazını böyüt
Yazını kiçilt
Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin noyabr ayı üçün işçi qüvvəsi statistikasını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, statistikaya əsasən Türkiyə daxilində 15 və yuxarı yaş qrupunda işsizlərin sayı 2023-cü ilin noyabr ayında əvvəlki aya görə 115 min nəfər artaraq 3 milyon 116 min nəfərə, işsizlik səviyyəsi isə 0,4 bənd artaraq 9 faizə yüksəlib.
İşsizliyin səviyyəsi kişilər üçün 7,5 faiz, qadınlar üçün isə 11,8 faiz təşkil edib.
Sözügedən ayda 15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,3 bənd artaraq 16,5 faiz təşkil edib.
Bu yaş qrupunda işsizlik nisbəti kişilər üçün 14,2 faiz, qadınlar üçün 20,7 faiz olaraq hesablanıb.
TÜİK bir neçə ayın işsizlik göstəricilərinə yenidən baxıb.