Türkiyədə növbəti torpaq sürüşməsi

13:38 02.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Giresunun Bulancaq rayonunda güclü yağışlardan sonra yaranan torpaq sürüşmələri səbəbindən 22 ev təhlükəsizlik məqsədilə təxliyə edilib.

Hafta.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, rayonun Bayındır kəndi və Kovanlık qəsəbəsində yağıntıların ardınca fərqli nöqtələrdə torpaq sürüşməsi qeydə alınıb.

Məlumat daxil olduqdan sonra əraziyə jandarm, Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) və bələdiyyə qrupları göndərilib. AFAD əməkdaşlarının apardıqları yoxlamalardan sonra Bayındır kəndində 16, Kovanlık qəsəbəsində isə altı ev ehtiyat tədbiri olaraq boşaldılıb.

Qrupların kənd və qəsəbə ərazisindəki fəaliyyəti davam edir.