Türkiyədə seçkinin təhlükəsizliyini 601 min nəfər təmin edir

11:45 14.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qeyd etdiyimiz kimi bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda səs verdikdən sonra jurnalistlərə açıqlama verib.

Hafta.az türk mətbuatına istinadən bildirir ki, nazir seçki təhlükəsizliyi ilə bağlı bunları deyib: “601 min mühafizəçimiz hazırda vəzifədədir və seçkinin sonuna qədər təhlükəsizliyi təmin edəcək”.