Türkiyədə son 5 ayda 17716 şirkət bağlandı

09:05 16.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qardaş ölkə Türkiyədə 2024-cü ilin ilk 5 ayında təxminən 18 min müəssisə qapılarını bağladı.

Hafta.az-ın yazdığına görə, yüksək faiz dərəcələri və inflyasiya şəraitində sahibkarlıq subyektləri varlığını davam etdirməkdə çətinlik yaşadığı üçün, maliyyə çətinlikləri sahibkarların cəsarətini zəiflədib. İlin ilk 5 ayında yüksək xərclər müəssisələri qapılarını bağlamağa məcbur edib və qurulan şirkətlərin sayında 18 faiz azalma qeydə aalınıb. İş o yerə çatıb ki, 5 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə qurulan şirkətlərin sayında xeyli azalma olub, bağlanan şirkətlərin sayında isə analoji səviyyədə qalıb.

“Sözcü”nün Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) qurulan-qapalı şirkət statistikasının tərtibinə əsasən, 2024-cü ilin ilk 5 ayında 53383 müəssisə yaradılıb. 2023-cü ilin eyni dövründə qurulan müəssisələrin sayı 64852 olub. Yüksək faiz dərəcələri, sərt pul siyasəti və maliyyəyə çıxışın çətinliyi sahibkarları ruhdan salıb və beləliklə, bir ildə qurulan şirkətlərin sayında azalma 17,7 faiz olub.

Qurulan şirkətlərin sayındakı bu ciddi azalma ilə yanaşı, bağlanan şirkətlər sürətini azaltmadı. Ötən ilin ilk 5 ayında bağlanan şirkətlərin sayı 18635 olduğu halda, bu il bir qədər azalaraq 17716-ya düşüb. Eyni dövrdə qurulan müəssisələrin sayında azalma 11469 olarkən, bağlanan müəssisələrin sayında azalma 919 olub. Bağlanan şirkətlərin sayındakı azalma proporsional olaraq 4,9 faiz səviyyəsində qalıb. Türkiyəyə yatırılan xarici investisiyalarda da ciddi azalma müşahidə olunub. 2023-cü ilin ilk 5 ayında 5723 xarici kapitallı müəssisə yaradıldığı halda, bu ilin eyni dövründə bu rəqəm 3333 olaraq qalıb.