Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Türkiyənin ikinci rüb və 6 aylıq turizm hərəkətləri haqqında məlumat verib.
Hafta.az-ın yazdığına görə, nazir Ersoy, açıqlanan məlumatlar işığında turizmin 2024-cü ildə 60 milyon ziyarətçi və 60 milyard dollar hədəfinə doğru irəlilədiyini bildirdi.
Ersoyun məlumatına görə, 2024-cü ilin ilk altı ayında turizmdən 23,7 milyard dollar gəlir əldə edilib və Türkiyəyə turizm məqsədilə 26 milyon 137 min ziyarətçi gəlib.
Türkiyəyə ən çox turistin Rusiyadan gəldiyini bildirən nazir Ərsoy onların ortalama qalma müddətinin 10,1 gün olduğunu bildirib.
Rusiyanı Almaniya və Böyük Britaniyadan gələn qonaqlar izləyib.
Adambaşına düşən xərclərə gəldikdə, Ersoy, bunun xarici turistlər üçün 80 dollardan 109 dollara yüksəldiyini bildirib.
Nazir Ersoy Kariyə məscidinin cümə günləri istisna olmaqla həm ziyarət, həm də ibadət üçün açıq olacağını, avqustun 19-dan etibarən məscidə turist ziyarətlərinin 20 avro olacağını bildirib.