Ali Təhsil Şurasının (YÖK) məlumatına görə, Türkiyədə 129 dövlət, 75 vəqf və 4 vəqf peşə universiteti olmaqla 208 ali təhsil müəssisəsində 7 milyon 503 min 181 tələbə təhsil alır və onlara 181498 nəfərlik professor-müəllim heyəti dərs deyir.
Hafta.az-ın yazdığına görə, ötən il ali məktəblərə daxil olan qız tələbələrin nisbəti ilk dəfə olaraq kişi tələbələri üstələyərək 50,8 faizə çatıb. Bu il bu göstərici daha da artaraq 51,7 faizə çatıb.
Bu ilin fevralına olan məlumatlara əsasən görə, ali məktəblərdə təhsil alan 7 milyon 503 min 181 tələbədən 3 milyon 879 min 512-ni qız, 3 milyon 623 min 669-unu oğlanlar təşkil edib.
Türkiyədə 2003-cü ildə universitetlərdə çalışan professor-müəllim heyətinin sayı 74134 olduğu halda, 2024-cü ildə 181498-ə yüksəlib. Müəllimlərin 97291-i kişi, 84207-si isə qadındır. Beləliklə, ümumi alimlər arasında qadınların nisbəti 46,4 faiz olub.
Türkiyədə 42350 elmi işçinin 22792-si qadın, 19558-i kişidir. Buna görə qadın tədqiqatçıların nisbəti yüzdə 53,8 ilə kişi tədqiqatçıların nisbətini üstələyib.
Bundan başqa, 35776 müəllimin 18444-ü qadın, 17332 nəfəri kişidir. Bu məlumatlara görə, qadın müəllimlərin nisbəti 51,6 faizlə kişi müəllimləri üstələyib. Elm saəsində çalışan 84207 alimin 12296-sı professor, 9947-si dosent, 20728-i isə doktorantura üzrə professor-müəllim heyətidir.
Türkiyədə professorların 34,3 faizini, dosentlərin 41,8 faizini, professor-müəllim heyətinin 47,4 faizini qadınlar təşkil edir.