"Türkiyə ilə Ermənistan arasında keçirilən görüşlər anlaşma ilə nəticələnib. Odur ki, iki ölkə arasında qarşılıqlı şəkildə uçuşlara start veriləcək".
Hafta.az-ın yazdığına görə, bu sözlər Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqlamasında deyilir. "Hazırda Türkiyə ilə Ermənistan arasında görüşlər davam edir. Təyyarə reyslərinin açılması haqda qərar da görüşlərdən birində verilib. Hesab edirik ki, Türkiyədən Ermənistana ilk təyyarə fevralın 2-də uçuşa başlayacaq", - açıqlamada bildirilir.
Qeyd edək ki, Türkiyə tərəfindən aviareysləri icra edəcək "Pegasus" şirkəti, İstanbuldan İrəvana ilk uçuşunu fevralın 2-də, geri dönüş reysini isə fevralın 3-də həyata keçirəcək.
Ermənistandan tərəfindən ilk İrəvan - İstanbul reysi də fevralın 2-nə planlaşdırılıb.