Türkiyə Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, Rusiyaya ixracat ötən ilin eyni dövrü ilə müqayisədə üçdə bir həcmdə azalıb.
Hafta.az-ın yazdığına görə, 2024-cü ilin fevral ayında Rusiyaya ixrac 670 milyon dollar təşkil edib. Hansı ki, 2023-cü ilin fevralında bu rəqəm 1 milyard dolları keçmişdi.
Rusiyadan Türkiyəyə idxal da fevralda illik 2 milyard dollardan 1,3 milyard dollara qədər azalıb.
“The Insider” yazır ki, ölkələr arasında ticarətin azalmasına səbəb ABŞ-ın ikinci dərəcəli sanksiya qərarları olub. ABŞ prezidentinin 22 dekabr 2023-cü il tarixli fərmanı ilə Rusiya əleyhinə sanksiyalardan yayınmağa kömək edən şirkətlərə məhdudiyyətlər qoyulub. Belə şirkətlərin ABŞ-dakı mülklərinə və hesablarına artıq həbs qoyula bilər.
Bu çərçivədə türk bankları Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb. Məhdudiyyətlər fərdlərə də təsir edib: Türkiyə bankında hesab açmaq istəyən ruslar üçün indi daha sərt şərtlər tətbiq edilir.
Mütəxəssislər sanksiyaların təsiri ilə iki ölkə arasında rəsmi ticarətdə azalma olduğunu, lakin ümumilikdə ticarətin kölgə və qeyri-rəsmi kanallar vasitəsilə artdığını diqqətə çatdırır.
Mütəxəssislər xüsusilə Türkiyə iqtisadiyyatının içində olduğu dərin iqtisadi böhrana diqqət çəkir və eyni zamanda Türkiyənin əsasən Avropa banklarından kredit götürməsinin Qərb ölkələrinin maraqlarına uyğun olduğunu və bu səbəbdən Türkiyə iqtisadiyyatının qismən Rusiya pulları ilə maliyyələşdiyini bildirirlər. Türkiyə Rusiyaya bu qapıları tamamilə bağlasa, Rusiya da Çinə yaxınlaşacağını vurğulayır.
Ekspertlər razılaşırlar ki, Ərdoğan və Putin razılaşsa, ABŞ sanksiyalarından yan keçmək və müxtəlif vasitələrlə ticarəti davam etdirmək üçün mexanizmlər tapacaqlar.