Türkiyəli nazir Azərbaycana gəlir

19:26 10.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin ətraf mühit və şəhərçilik naziri Murat Kurum oktyabrın 11-də Azərbaycana səfərə gələcək. Onun Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşü nəzərdə tutulub.

Görüşün sonunda tərəflər arasında “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında ətraf mühitin mhafizəsi sahəsində iki illik Fəaliyyət Proqramı” imzalanacaq. Türkiyəli nazirin Azərbaycanın  Dövlət Arxitektura və Şəhərsalma Komitəsində də görüşü nəzərdə tutulub.