Türkiyənin əhalisi cəmi 315 min nəfər artıb

13:20 24.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

TürkStat (Türkiyə Statistika İnstitutu) rüblük əhali statistikasının son nəticələrini açıqlayıb. Qurumun məlumatlarına görə, Türkiyə əhalisi 1 oktyabr tarixinə 85 milyon 980 min 654 nəfərə çatıb.

Hafta.az-ın yazdığına görə, 2024-cü ilin sonunda 85 milyon 664 min 944 nəfər olan əhali bu ilin ilk doqquz ayında ümumilikdə 315710 nəfər artıb. 1 iyul - 1 oktyabr tarixləri arasında artım 155800 nəfər olub.

TürkStat-ın məlumatlarına görə, əhalinin 50,02 faizi kişi, 49,98 faizi qadındır. Buna uyğun olaraq, kişi əhalisi 43 milyon 3 min 770, qadın əhalisi isə 42 milyon 976 min 884 nəfər olaraq qeydə alınıb.