Türkiyənin Ukraynada qalan iki hərbi təyyarəsi geri dönüb

23:20 20.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəyə məxsus 2 ədəd A400M təyyarəsi Ukraynadan qayıdıb.

Hafta.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “Koca Yusif” kimi tanınan təyyarələr Ukraynanın Borispol Hava Limanından Kayseriyə uçuş həyata keçiriblər.

Xatırladaq ki, təyyarələr Rusiyanın hücumu səbəbindən Ukraynaya humanitar yardım çatdırmaq və münaqişə bölgəsindən təxliyə etmək məqsədilə Ukraynaya uçuş etmiş, hava məkanı bağlandığı üçün təhlükəsizlik baxımından orda qalmışdılar.