Türkiyəyə turların qiyməti 30 faiz artıb

10:10 08.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən məşhur istirahət məkanları olan Türkiyə və Misirə tur qiymətlərinin əhəmiyyətli dərəcədə artması turistləri alternativlərə yönləndirib.

Hafta.az-ın Business FM-ə istinadən yazdığına görə, Rusiyadan Türkiyəyə iki nəfərlik 1 həftəlik tur paketinin orta qiyməti 170 min rubl olduğu halda, bu ilin may ayında həmin rəqəm 220-250 min rubla yüksəlib. Üst kateqoriyalardakı otellər üçün bu qiymət 350-450 min rubla çatır.

Rusiyada son rübdə məzənnənin 30 faiz artması səbəbindən tur qiymətləri artıb.

Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin, keçən il Türkiyəyə 5,2 milyon rus turistin gəldiyini və bu il bu rəqəmi aşmasının gözlənildiyini, lakin oteldə yerləşmə və təyyarə biletlərinin təyinedici faktor olacağını söyləyib.

Bu arada Qorin bildirib ki, Rusiyadan Türkiyəyə uçuşlar üçün orta bilet qiymətləri təxminən 20 faiz ucuzlaşıb. Qorin bildirib ki, bu azalma Rusiya aviaşirkətlərinin uçuşlarının sayının artması ilə bağlıdır.