Yazını böyüt
Yazını kiçilt
Twitter sosial şəbəkəsinin yeni rəhbərliyi ixtisarın “birinci raundu” zamanı şirkət işçilərinin təxminən dörddə birini işdən çıxarmağı planlaşdırır. Bu barədə Washington Post xəbər verir.
Qəzetin yazdığına görə, ixtisarlar şirkətin demək olar ki, bütün şöbələrinə təsir edəcək.
Qeyd olunur ki, yeni rəhbərlik Twitter-in fəaliyyətinin bütün aspektləri, o cümlədən kontentin moderasiyası, spamla mübarizə və “qarşıdan gələn seçkilərlə bağlı risklər”lə də maraqlanır.