U-19 millisi Şimali Makedoniyaya məğlub olub

16:12 29.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Hafta.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda Şimali Makedoniya ilə qarşılaşan yığma 1:3 hesabı ilə uduzub.

Strumitsa şəhərində baş tutan matçda millinin yeganə qolunu Mədinə Yuruqova (35) vurub.

Qeyd edək ki, U-19 ilk matçında sloveniyalı həmyaşıdlarına 0:2 hesabı ilə uduzub.