Yazını böyüt
Yazını kiçilt
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində B qrupunun növbəti oyununu keçirib.
Hafta.az xəbər verir ki, komandamız Bakıda Şotlandiya yığması ilə qarşılaşıb.
Oyunda qalib müəyyənləşməyib. Komandalar hərəyə 3 dəfə fərqləniblər. Qonaqların 2 oyunçusu oyununu gedişində qırmızı vərəqə ilə meydandan qovulub.
Avropa çempionatının seçmə mərhələsi
Azərbaycan (U-21) - Şotlandiya (U-21) - 3:3
Qollar: Xəyal Əliyev, 7, 49-pen; Şahin İbrahimov, 79 - Devid Uotson, 33, Lyuk Qrem, 44, Semuel Klipp Hardinq, 90+1
“Dalğa Arena”