Türkiyədə yaşamaq icazəsi ilə yaşayan Rusiya vətəndaşlarının sayı bu il 28 faiz azalıb. İmmiqrasiya İdarəsi Müdirliyinin açıqladığı məlumatlarda, ilin əvvəlindən bu yana 44 min rusiyalının Türkiyəni tərk etdiyi bildirilir.
Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, 2022-ci ildə Türkiyədə ən çox oturma icazəsi alan əcnəbilər 154 min nəfərlə məhz ruslar olub.
Noyabrın 2-nə olan məlumata görə, Türkiyədə yaşayan rusların sayı 110 min nəfərə düşüb. Son 3 həftədə Türkiyəni tərk edən rusların sayı 12 minə çatıb.
İmmiqrasiya İdarəsi, 2 Noyabr 2023-cü il tarixinə ölkədə yaşamaq icazəsi ilə yaşayan bütün əcnəbilərin toplam sayının 1 milyon 129 min olduğunu açıqlayıb.
Türkiyə bu il əcnəbilər üçün yaşayış icazəsi şərtlərini bir neçə dəfə sərtləşdirib. Rusiya mətbuatında əcnəbilərin Türkiyədə inflyasiyadan şikayətləndiyi xəbərləri də yer alıb.