Yazını böyüt
Yazını kiçilt
Çində meymun üç yaşlı qızı qaçırıb.
Hafta.az-ın “Asia One” portalına istinadən məlumatına görə, hadisə oktyabrın 21-də Quizhou əyalətində baş verib. Valideynlərinin ağacın altında tək qoyduğu qızı meymun qaçırıb. Daha sonra polis yaxınlıqdakı meşədə axtarışlara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızı uçurumun yaxınlığında tapıb.
Məlumata görə, qızın bədənində meymunun barmaq izlərinə bənzəyən bir neçə cızıq olub.
Polis bildirib ki, hadisə ilə bağlı sakinlərin təhlükəsizliyini təmin etmək üçün ərazidə patrul xidməti aparılacaq.