Uçan tarakanlar qadını işini tərk etməyə məcbur etdi

11:49 26.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin şimalından cənub əyalətinə köçən qadın uçan tarakan qorxusunun öhdəsindən gələ bilməyib. South China Morning Post qəzetinin yazdığına görə, böcəklər onu işini tərk etməyə məcbur edib.

3 il əvvəl Daxili Monqolustan bölgəsində doğulub boya-başa çatan Xiaomin adlı qadın ölkənin cənubundakı Quançjou şəhərinə köçüb. Çin sosial mediası Xiaohongshu-da yayılan bir videoda o, köçməzdən əvvəl heç vaxt tarakanlar görmədiyini və Quançjouda onların "nəhəng olduğunu və hətta uça biləcəyini" etiraf edib.

Başqa bir yazıda bir qadın zəhlətökən həşəratlarla mübarizə aparmaq üçün çıxılmaz cəhdlərini nümayiş etdirib: o, qapılardakı bütün çatları kağız və jurnal səhifələri ilə bağlayıb, lakin bu kömək etməyib.

Xiaomin etiraf edib ki, qalan çətinliklərin öhdəsindən gələ bilsə də, tarakan fobiyasına qalib gələ bilməyib. Xiaomin izləyicilərinə həşəratların son damla olduğunu izah edərək, "Mən sadəcə bilet alıb uçmaq istəyirəm" yazıb.