Ucarda avtomobillə traktor toqquşub

20:00 08.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda qəza olub, xəsarət alan var.

Hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Qarabörk kənd sakini İsrayıl Mikayıl oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə həmkəndlisi, Mürşüd Mirzə oğlu Orucovun idarə etdiyi traktor toqquşub. Nəticədə ağır xəsarətlərlə kişi cinsli bir nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır. APA