Ukrayna 28 milyard dollar maliyyə yardımı alıb - Sviridenko

18:58 22.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna İqtisadiyyat Nazirliyinin rəhbəri Yuliya Sviridenko bildirib ki, hərbi əməliyyat başlayandan indiyədək ölkə beynəlxalq tərəfdaşlardan 28 milyard dollar məbləğində maliyyə yardımı alıb. Ukrinform onun sözlərini sitat gətirir.

“11 ay ərzində Ukrayna 26,7 milyard dollar maliyyə yardımı alıb. İndi bu məbləğ 28 milyard dollara çatıb”, - deyə nazir brifinqdə bildirib.

Sviridenko Ukraynanın büdcə kəsirinin ölkənin ÜDM-nin 20%-ni keçdiyinə və 2023-cü ildə onu örtmək üçün yenidən Qərb müttəfiqlərinin köməyinə ehtiyac duyulacağına diqqət çəkib.

"Gələn il 38 milyard dollar cəlb etməliyik" deyən nazir, Aİ-nin artıq 18 milyard dollar səviyyəsində yardım göstərmək imkanını təsdiq etdiyini bildirib.