Yazını böyüt
Yazını kiçilt
Ukrayna Amerika Birləşmiş Ştatlarından 1,25 milyard dollar qrant alıb və bu vəsait dövlət büdcəsinin xərclərinin qismən ödənilməsi üçün istifadə olunacaq, ölkənin maliyyə nazirliyi bildirib.
"Ukraynanın dövlət büdcəsinə 1 milyard 253 milyon ABŞ dolları məbləğində qrant vəsaiti daxil olub", - nazirliyin Telegram-kanalında deyilir.
Maliyyə Nazirliyi aydınlaşdırıb ki, vəsait “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinə dəstək” (SEACE) layihəsinə ayrılıb.