Ukrayna-Azərbaycan əməkdaşlığının Rusiyaya dəxli yoxdur - Asim Mollazadə

16:20 18.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Gərginlik sadəcə Rusiya-Ukrayna arasında deyil, həm də Rusiya-NATO və Rusiya-ABŞ arasında artıb. Əslində Rusiyanın NATO-ya təqdim elədiyi tələblər qəbuledilməz idi. Bu da onu göstərir ki, Rusiya özünün təzyiqlərini davam etdirərək ABŞ və NATO-nu Ukraynanın işğalı ilə qorxudur”.

Bunu hafta.az-a gərginləşən Rusiya-Ukrayna münasibətləri, eləcə də rus diplomatlarını Ukraynadan çıxarılması fonunda iki ölkə arasında yaranan müharibə alovu ilə bağlı açıqlamasında bildirib.

A.Mollazadə hesab edir ki, mövcud gərginləyə baxmayaraq Rusiya ilə Ukrayna arasında müharibə olmayacaq.  Deputat hazırda meydanda qarşılıqlı təzyiqlər siyasətinin olduğu qənaətindədir.

“Müharibə olsa bu böyük bir faciə olacaq. Həm beynəlxaq sahədə, həm də insan tələfatı baxımından hər iki tərəfdə itkilərin olacağı qaçılmazdır”.

Azərbaycanla Ukrayna münasibətlərinə gəlincə, A.Mollazadə qeyd edib ki, Ukrayna həmişə Azərbaycanın tərəfdaşı olub. Bu, həm GUAM çərçivəsində, həm də ikitərəfli münasibətlər fonunda inkişaf edib.  

Azərbaycan Prezidentinin Ukraynaya səfərinə toxunan deputat, nəticədə iqtisadiyyatın bir sıra sahələrində çoxşaxəli əməkdaşlıqlarla bağlı sənədlər imzalandığını deyib.

“Bütün dünyaya yaxşı bəllidir ki, Azərbaycan  hər zaman öz tərəfdaşları ilə əməkdaşlığa hazırdır və istənilən şəraitdə bu əməkdaşlığı davam etdirəcək. Bu, Gürcüstana da aiddir, Moldovaya da. Bilirsiz ki, Azərbaycan Prezidentinin Moldovanın yeni seçilmiş prezidenti ilə də görüşü olmuşdu. “Şərq Tərəfdaşlığı”nın Zirvə toplantısında da Azərbaycan Moldovaya özünün dəstəyini verdi”.

A.Mollazadə hesab edir ki, Azərbaycan GUAM üzvləri ilə özünün əməkdaşlığını daha da inkişaf etdirməlidir.

“Bu mənada Rusiyanın Ukraynaya olan münasibətlərinin, Azərbaycanın Ukrayna ilə olan münasibətlərinə heç bir aidiyyatı yoxdur.

Uzun illər bu münasibətlər qurulub, inkişaf edir və inkişaf etməkdə davam edəcək. Eləcə də Rusiya ilə normal qonşuluq, tərəfdaşlıq siyasəti həyata keçirir. Bu əməkdaşlığın da Ukrayna-Azərbaycan əməkdaşlığına təsiri, aidiyyatı yoxdur”.

Siyasət rubrikasından digər xəbərlər