Ukrayna dəqiq-nöqtəvi əməliyyatlar həyata keçirir... – “FT”

18:15 30.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının diqqətini dağıtmaq və əks hücumdan əvvəl onlara lazım olan döyüş meydanını formalaşdırmaq üçün bir sıra dəqiq-nöqtəvi əməliyyatlar həyata keçirir.

Hafta.az xəbər verir ki, bunu “Financial Times” yazır.

 Hazırda söhbət “dörd cəsarətli formalaşdırıcı əməliyyatdan” gedir. Nəşr xüsusən də Kremlə pilotsuz təyyarə hücumunu, Belqorod vilayətində "kəşfiyyat -diversiya" əməliyyatını, dəniz pilotsuz təyyarələrinin Qara dənizdə Rusiyanın kəşfiyyat gəmisinə hücumunu və bu gün Moskva vilayətində PUA-ların hücumunu xatırladıb.

Qeyd olunur ki, Ukrayna bu yolla düşməni öz qoşunlarını cəbhədən sərhəd rayonlarına köçürməyə sövq edir. Bundan əlavə, analitiklərin izah etdiyi kimi, həm də böyük hücumdan əvvəl düşməni aldatmaq və döyüş meydanını başqa cür “formalaşdırmaq” lazımdır.

"Bunlar Ukraynanın boz zona əməliyyatlarıdır və Rusiyanın resurslarını xərcləməyi tələb edir - istər qoşunlar, istərsə də informasiya əməliyyatları üçün. Onlar sehrbazın əlinin cəldliyi kimidir: tamaşaçını aldadır və diqqətini başqa yerə cəlb edir", -deyə hazırda Vest-Pointdəki Müasir Müharibə İnstitutunda şəhər müharibəsi tədqiqatlarının rəhbəri olan, ABŞ ordusunun keçmiş mayoru Con Spenser bildirib.

Əlavə edilir ki, Rusiya Ukraynanı Belarus ərazisindən yeni hücum planlarına inandırmağa çalışarkən eyni strategiyadan istifadə edib.

"Bu hücum nə qədər də az ehtimal edilən  olsa da, onun mümkünlüyü Ukraynanı hər ehtimala qarşı yaxınlıqda qoşun yerləşdirməyə məcbur etdi.  İndi də ukraynalılar Rusiyanın diqqətini belə yayındırır", - mənbə qeyd edib.