Ukrayna HHM sistemləri üçün İsrailə müraciət etmək istəyir

19:48 18.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkə Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etmək xahişi ilə İsrailə rəsmi müraciət etməyə hazırlaşır.

Hafta.az-ın məlumatına görə, nazir aydınlıq gətirib ki, Ukrayna tərəfi artıq Aİ-yə üzv ölkələrə və ABŞ-a da analoji tələblə müraciət edib. Bundan əlavə, Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın müdafiə naziri Aleksey Reznikov Rammstein formatında “bu mövzunu daim qaldırırlar”.

"Bu gün Ukrayna İsrail hökumətinə Ukraynanı dərhal hava hücumundan müdafiə sistemləri ilə təmin etmək və Ukraynanın müvafiq texnologiyalar alması üçün yüksək keyfiyyətli əməkdaşlığa başlamaq tələbi ilə rəsmi nota göndərəcək", - Kuleba bildirib.

Bundan əvvəl “Haaretz” qəzeti öz mənbələrinə istinadən yazıb ki, İsrail oktyabrın 17-də müdafiə nazirləri Benni Qants və Aleksey Reznikov arasında telefon danışığı zamanı Ukraynanın tələbini rədd edib.