Ukrayna ordusu Rusiyanın 96 tankını məhv edib

13:14 01.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Sumı vilayətində yerləşən Lebedin şəhəri yaxınlığında Ukrayna ordusu Rusiyanın 96 tankını, 20 "Qrad" qurğusunu və 8 benzindaşıyan maşınını məhv edib.

 

Hafta.az-ın məlumatına görə, bu barədə Ukrayna ordusunun Şimal operativ komandanlığı bildirib.

Qeyd olunur ki, zərbələr "Bayraktar" pilotsuz uçuş aparatları vasitəsilə endirilib.