Yazını böyüt
Yazını kiçilt
Ukrayna, Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatların Azərbaycan və Ermənistan tərəfindən dayandırılmasını alqışlayır.
Hafta.az yazır ki, bu sözlər Ukrayna XİN-in yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd edilir ki, növbəti addım bölgənin sabitliyini və canlılığını bərpa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tam həllinə nail olmaq üçün beynəlxalq səylərin davam etdirilməsidir.
"Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəyişməz olaraq və qeyd-şərtsiz dəstəkləyir. Bu prinsip hələ də Rusiya təcavüzündən əziyyət çəkən və ərazilərinin bir hissəsi müvəqqəti Rusiya işğalı altında qalan Ukrayna üçün əsasdır", - bəyanatda deyilir.