Ukrayna Qırğızıstan və Gürcüstandan səfirini geri çağırır - Zelenski

16:28 01.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna iki ölkədəki səfirini - Qırğızıstan və Gürcüstandan geri çağırır.

Hafta.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə prezident Vladimir Zelenskinin videomüraciətində deyilir.

"Ukraynaya hərbi təcazüvə haqq qazandırdığı üçün Qırğızıstandakı səfirimizi məsləhətləşmələr üçün geri çağırırıq. Sanksiyalara qarşı mənəvi dəstək verməyən, döyüşmək üçün gələn könüllülərin qarşısını alan Gürcüstandan da səfirimizi geri çağırırıq" - Zelenski deyib.