Ukrayna Rusiya hava bazalarını bu silahlarla vurdu

10:56 09.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Politico Ukrayna mənbələrinə istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələri ukraynalı mütəxəssislər tərəfindən modifikasiya edilmiş Sovet istehsalı olan Tu-141 pilotsuz uçuş aparatlarının köməyi ilə Rusiyanın Engels və Ryazan yaxınlığındakı iki aviabazasına hücum edib.

Dekabrın 5-də baş verən hücumda 3 rus hərbçisi həlak olub, təsdiqlənməmiş məlumatlara görə, iki strateji bombardmançı təyyarə zədələnib.

Bu hücumun sovet pilotsuz təyyarələrinin köməyi ilə edildiyini Rusiya Müdafiə Nazirliyi bəyan edib. Rusiya ordusunu dəstəkləyən bloggerlər və jurnalistlər isə qeyd ediblər ki, söhbət 1960-cı illərdə yaradılmış və kəşfiyyat üçün nəzərdə tutulmuş Tu-141 Strizh maşınlarından gedir.

İndi bu versiyanı Politico-ya müsahibəsində əməliyyatın təfərrüatları ilə tanış olan iki Ukrayna mənbəsi təsdiqləyib. Onların sözlərinə görə, dronları ukraynalı mütəxəssislər modifikasiya edib ki, bu da onların innovasiya qabiliyyətini sübut edir - Rusiyanın Ukraynaya İrandan zərbə endirmək üçün ucuz pilotsuz təyyarələr almağa məcbur olduğu bir vaxtda.

"Əsas uğur amili sürpriz oldu" - deyə "Politico" Ukraynanın hökumət strukturlarında çalışan ukraynalı həmsöhbətlərindən birinin sözlərini sitat gətirib: "Rusiya sadəcə olaraq belə bir şey gözləmirdi. İndi onlar buna hazır olacaqlar".

Mənbələrə görə, Tu-141-in modifikasiyası üçün istifadə olunan texnologiya Ukraynada hazırlanıb və ABŞ və ya digər Qərb ölkələri tərəfindən təmin edilməyib.

Oxunma sayı 1714