Ukrayna Rusiyanın "Şahedləri"nin ikinci partiyasının üçdə birini vurub - İqnat

19:27 26.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiya Federasiyasının İrandan aldığı ikinci partiyadan olan “Şahed” pilotsuz təyyarələrinin üçdə birini artıq məhv edib. Bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının spikeri Yuri İqnat danışıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın İranda aldığı dronların birinci partiyası 400-ə yaxın, ikincisi isə 250-yə yaxın qurğudan ibarət olub.

Rusiya son iki həftə ərzində ikinci partiyadan olan dronlardan fəal şəkildə istifadə edir. Bu günə kimi 70 PUA ikinci partiyadan məhv edilib.

"Düşmənin hələ də bu dronları var və biz hazırlaşmalı və xüsusilə kritik infrastrukturla bağlı güclənməliyik", - İqnat vurğulayıb.