Ukrayna uzun mənzilli pilotsuz uçuş aparatlarına sərmayə qoyaraq mühüm addım atıb.
Hafta.az-ın “The Economist”ə istinadən yazdığına görə, Ukraynanın ən qabaqcıl İHA modelləri 3 min kilometr uça bilir. Bu o deməkdir ki, nəzəri olaraq Ukrayna PUA-ları Rusiya sərhədindən Sibirə qədər olan məsafəni qət edəcək.
Digər tərəfdən, qəzetin yazdığına görə, Ağ Ev Rusiyanın enerji və mülki obyektlərinə hücumları bəyənməsə də, Ukrayna ABŞ-ın tövsiyələrini nəzərə almadan hərəkət edir.
Ukrayna kəşfiyyatçısının sözlərinə görə, Rusiya ərazisinə pilotsuz təyyarələrin zərbələri proqramı çərçivəsində hücumların dayandırılmasına dair heç bir əmr olmayıb. Bildirilir ki, Ukrayna yaxın aylarda dron istehsalı proqramını genişləndirəcək.
2023-cü ilin yazında Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Ukrayna ordusunun 3 min kilometrdən çox mənzilli hücum təyyarələri alacağını açıqlamışdı.