Ukraynada ABŞ raketləri 40 RUSİYA ƏSGƏRİNİ ÖLDÜRDÜ

15:23 27.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın may ayında Ukraynaya göndərdiyi HIMARS raket sistemləri ilk dəfə Donbasda Rusiya ordusuna qarşı atılıb.

Hafta.az xəbər verir ki, Ukrayna ordusu rus əsgərlərinin bazaya çevirdiyi İzyum yaxınlığındakı məktəbi HIMARS raketləri ilə vurub.

Hücumdan sonra ortaya çıxan görüntülərdə üzərində işğalın simvolu olan Z hərfləri olan zirehli texnika və yük maşınlarının dağıdıldığı, binanın xarabalığa çevrildiyi görünür.

Ukrayna ordusu HIMARS ilə ilk hücumda ən azı 40 rus əsgərinin həlak olduğunu bildirir. Ruslar ABŞ raketləri ilə hücuma məruz qaldıqlarını etiraf ediblər.

80 kilometr məsafədəki hədəflərə çoxsaylı dəqiq idarə olunan raketləri vura bilən M142 HIMARS sistemləri 1970-ci illərdə ABŞ və müttəfiqləri tərəfindən hazırlanmış M270 MLRS modelinin təkmilləşdirilmiş və yüngülləşdirilmiş versiyasıdır.

“Himars” raket sistemi az sayda personalın köməyi ilə və digər maşınların dəstəyi olmadan tez istifadəyə hazır ola bilir. ABŞ ordusunun Avropadakı qoşunlarında artıq Himars sistemləri var.

Oxunma sayı 2168