Ukraynada bu üç şəhər də Rusiyaya birləşdiriləcək, Kiyev isə... - VAXT AÇIQLANDI

17:15 20.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2014-cü ildə saxta referendumla Rusiyaya birləşdirilən Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Odessa, Xarkov və Nikolayevin 2023-cü ilin sonuna kimi Rusiyanın tərkibinə daxil olacağını bildirib.

"Gələn ilin sonuna qədər biz Odessa, Nikolayev, Xarkovu alacağıq və bunun fonunda bu regionların taleyi müəyyənləşəcək", - Konstantinov deyib.

Onun fikrincə, Kiyev hakimiyyəti Ukraynanın paytaxtını müdafiə etmək üçün ciddi şəkildə “sülh təklifləri ilə qaçacaq”. Lakin Krım parlamentinin rəhbəri vurğulayıb ki, Rusiya Federasiyası bu təkliflərlə “heç bir halda” razılaşmamalı və 2024-cü ildə Kiyevi ələ keçirməlidir.

Konstantinov həmçinin bildirib ki, prezident Vladimir Zelenski ilə birlikdə bir dövlət kimi Ukrayna da yox olacaq.