Ukraynada hər gün 550 rus əsgəri öldürülür – ABŞ RUSİYANIN ÜMUMİ İTKİLƏRİNİN SAYINI AÇIQLADI

17:48 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynanı işğal üçün başlatdığı müharibədə 400-cü gün arxada qaldı. Son 400 gündə müharibə rusların gözlədiyi kimi getmədi. Qısa müddətdə Kiyevə girəcəklərini və idarəni devirəcəklərini düşünən işğalçılar Ukraynada məğlub oldular.

Qərbdən gələn tankların və silahların dəstəyi ilə rus ordusu ilişib qaldı. Putin müharibəni Ukraynanın şərqinə sürükləyib və hələ də cəbhə xəttində döyüşlər gedir. Rusiyanın son ümidi Baxmutdur. Aylardır qarşıdurmaların davam etdiyi şəhəri nəhayət Rusiya ordusu mühasirəyə alıb, bölgənin qısa zamanda əl dəyişdirəcəyi gözlənildiyi halda, Ukrayna ordusu şəhəri müdafiə etməyə davam edir.

Bütün bu inkişaflar yaşanarkən ABŞ-ın verdiyi açıqlamada 400 günlük işğal zamanı 220 min rus əsgərinin öldürüldüyü ifadə edildi. Bu rəqəmə görə, Ukrayna ərazisində hər gün 550 rus əsgəri ölür. ABŞ-ın açıqladığı bu rəqəmlə bağlı Kreml hələlik açıqlama verməyib.