Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

17:50 21.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı işğalından sonra tətbiq edilən hərbi vəziyyət rejimi 2022-ci il mayın 25-dək uzadılıb.

Hafta.az ölkə mətbuatına istinadən xəbər verir ki, hərbi vəziyyət müddətinin uzadılması barədə qanun layihəsini ölkə Prezidenti Vladimir Zelenski təqdim edib.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Ukraynada hərbi vəziyyət rejiminin müddəti aprelin 25-dək qüvvədə idi.