Ukraynada neçə Rusiya hərbçisi döyüşür?.. - Hərbi ekspert cavablandırır...

15:13 29.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hərbi ekspert Sergey Qrabski bu gün Ukraynaya qarşı nə qədər rusiyalının döyüşdüyünü söyləyib. Onun sözlərinə görə, Ukrayna torpaqlarında 140 mindən 200 minədək işğalçı var.

Hafta.az xəbər verir ki, ekspert bu haqda  “TSN” kanalına danışıb.

"Biz hazırda Ukraynaya qarşı döyüşən140-160 min -  maksimum 200 min əsgərdən ibarət qruplaşmadan danışa bilərik", -  deyə ekspert bildirib.

Eyni zamanda, ekspertin sözlərinə görə, işğalçıların sayı artmır. Çünki yeni səfərbər olunmuş rusiyalılar Ukraynaya yalnız mövcud birləşmələrin itkilərinin yerini doldurmaq üçün gəlirlər.

Qrabski eyni zamanda deyir ki, ukraynalı müdafiəçilərin sayına nisbətən bu qədər işğalçı sayı çox da böyük deyil.

"Ukraynanın bütün Silahlı Qüvvələrini, daha doğrusu, digər hərbi birləşmələri də əhatə edən Ukrayna Müdafiə Qüvvələrini götürsək, Ukrayna Silahlı Qüvvələrinə münasibətdə rusiyalıların bu qədər sayı o qədər də böyük deyil. Amma başa düşmək lazımdır ki, düşmənin müəyyən istiqamətlərdə kifayət qədər ciddi resursları cəmləşdirmək imkanı var. Məsələn, Baxmutu götürsək, düşmən oraya hücum edəndə ən azı iki, hətta beş qat üstünlüyə malik olur"- deyə ekspert qeyd edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bugünkü açıqlamasına görə, Ukraynada artıq 70 mindən çox Rusiya işğalçısı ölüb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünən Rusiya prezidenti Vladimir Putinə Rusiyada “qismən səfərbərlik” tədbirlərinin başa çatdığını bildirib. Onun sözlərinə görə, guya Rusiya Federasiyası planlaşdırılan 300 min işğalçını toplaya bilib, onlardan 82 mini isə artıq ukraynalıları öldürmək üçün göndərilib...