Ukraynada yoxsulluq səviyyəsi 2002-ci il səviyyəsinə qayıdıb

19:54 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada yoxsulluq səviyyəsi 2002-ci il səviyyəsinə qayıdıb. RBC-Ukrayna xəbər verir ki, bunu iqtisad elmləri doktoru, Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun əhalinin həyat səviyyəsinin tədqiqi şöbəsinin müdiri Lyudmila Çerenko deyib.

“Biz yoxsulluğun qiymətləndirilməsinə başlayanda, 2000-ci ildən yaşayış minimumunu hazırlayanda bu meyara görə yoxsullar 80%-dən çox idi. 2022-ci ildə - 60%. 2021-ci ildən 2022-ci ilə kimi biz 2002-ci il səviyyəsinə - yoxsulluğun 40%-dən 60%-ə qayıtdıq”, - deyə sosioloq qeyd edib və əlavə edib ki, ölkə əhalisinin yarısının yoxsulluğu təhlükəli siqnaldır.