Yazını böyüt
Yazını kiçilt
Ukraynada aqrar siyasət nazirinin müavinləri Taras Vısotski və iqtisadiyyat naziri Aleksandr Qribanın, həmçinin prezident Andrey Yermakın aparatının sədr müavininin müşaviri Yelena Symonenkonun evlərində axtarışlar aparılıb.
Hafta.az bildirir ki, bu barədə “Ukrayna xəbərləri” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, istintaq tədbirləri Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) əməkdaşları tərəfindən həyata keçirilib.
Axtarışların humanitar yardımın paylanması zamanı sui-istifadə halları çərçivəsində aparıldığı bildirilir.