Ukraynadakı mərakeşli tələbələr təhsillərini öz ölkələrində davam etdirmək istəyirlər

16:10 21.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeşin paytaxtı Rabat şəhərində, Ukraynadan qayıdan tələbələrin ölkə universitetlərində təhsillərini davam etdirməsini tələb edən bir qrup valideyn Ali Təhsil Nazirliyinin önünə toplaşıb. 
Hafta.az-ın yazdığına görə, valideynlər bildiriblər ki, Ukraynada gedən məlum müharibədən dolayısı təhsillərini yarımçıq qoyub vətənə dönən tələbələr mütləq yerli ali məktəblərdə tədrisə davam etməlidirlər vənun üçün nazirlik qəti tədbir görməlidir. Onlar narahatdırlar ki, mövcud vəziyyət artıq ikinci aydır dərslərini davam etdirə bilməyən tələbə övladlarına mənfi təsir edə bilər.
Bu arada, Ukraynanın Rabatdakı səfiri bildirib ki, hazırda ölkəsində 9 mindən çox mərakeşli tələbə təhsil alır. 
Mərakeşin Xarici İşlər Nazirliyi də martın əvvəlində müharibə ilə əlaqədar Ukraynadan çıxan ümumi Mərakeş vətəndaşının sayı beş min nəfərdir. 
Onu da xatırladaq ki, Mərakeşin Ali Təhsil naziri Əbdüllətif Miravi hələ martın 5-də Ukraynadan qayıdan tələbələrə səslənərək, təhsillərini öz ölkələrinin üyğun universitetlərində davam etdirmələrinə yardım göstərəcəklərini bildirmişdi.
Nazir Miravi bu məqsədlə tələbələrin sənədlərini araşdırmaq üçün rəqəmsal platformanın yaradıldığını da qeyd eləmişdi.