Ukraynalılardan daha 122 gün gözləmək tələb olunur

14:33 08.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

DTEK - "Kiyev Regional Elektrik Şəbəkələri" enerji holdinqinin rəhbəri Maksim Timçenko ukraynalılardan daha 122 qış gününü dözməyi xahiş edib. O, bu barədə Bloomberg-ə müsahibəsində bildirib.

Timçenkonun sözlərinə görə, ölkədə elektrik enerjisi ilə bağlı problemlər fonunda ukraynalılar yaz gələnə qədər dayanmalıdırlar.

“Mən tam əminəm ki, biz bu qışdan sağ çıxa biləcəyik. Biz xaricdən getdikcə daha çox texnika alırıq”, - deyə o əlavə edib.

Timçenko həmçinin qeyd edib ki, DTEK-in problemin həllinə cəlb etdiyi xilasetmə qrupları və mühəndislərin səyləri “sağ qalmaq” üçün kifayət edəcək. O vurğulayıb ki, enerji sisteminin tam bərpası üçün Ukraynaya milyardlarla investisiya lazımdır.

Enerji holdinq rəhbərinin sözlərinə görə, Ukrayna enerji sistemini qorumağın yollarından biri külək və ya günəş elektrik stansiyalarının istifadəsi ola bilər.

Oxunma sayı 1402