Yazını böyüt
Yazını kiçilt
“European Pravda” xəbər verir ki, Ukrayna vətəndaşlarının əksəriyyəti Kiyevin NATO-ya üzv olmaq kursunu dəstəkləyir. Razumkov Mərkəzinin sosioloji xidmətinin sorğusuna əsasən, ukraynalıların 48,9%-i Şimali Atlantika Alyansına üzvlüyü ölkənin gələcəkdə təhlükəsizliyinin təminatı kimi görür.
Respondentlərin 16,7%-i hesab edir ki, ölkə öz təhlükəsizliyini yalnız öz silahlı qüvvələrinin inkişafı hesabına təmin edə biləcək,
Eyni zamanda, respondentlərin 79,4%-i Ukraynanın Avropa İttifaqına üzvlüyünün tərəfdarı olub. Ukraynalıların cəmi 7,9%-i bunun əleyhinədir, daha 12,8%-i isə Kiyevin Aİ-yə daxil olub-olmaması sualına cavab verə bilməyib.