NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, alyans ölkələrinin Ukraynaya silah tədarükü tezliklə atəşkəsə gətirib çıxaracaq. O, bu barədə DPA-ya müsahibəsində bildirib.
"Bu, paradoks kimi səslənə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur" deyib. Stoltenberqin sözlərinə görə, Moskva başa düşməlidir ki, Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək. Bundan sonra NATO-nun baş katibi hesab edir ki, sülh danışıqları mümkün olacaq.
O qeyd edib ki, Kiyevin Rusiyadakı hərbi obyektlərə hücumlarını tamamilə qanuni hesab edir. “Hər bir ölkənin özünü müdafiə etmək hüququ var. O cümlədən Ukrayna”, - deyə Stoltenberq bununla bağlı sualı cavablandırıb.
Kiyevi orta mənzilli raketlərlə təmin etmək imkanlarına toxunaraq, o, NATO müttəfiqlərinin “xüsusi döyüş sistemləri”nin tədarükü ilə bağlı daimi dialoqda olduqlarına diqqət çəkib.