Sabah, 18 oktyabr müstəqilliyin bərpası gününün qeyd edəcəyik. Son 100 ildən artıq dövrdə Azərbaycan xalqı siyasi müstəqilliyinə iki dəfədən artıq nail olub. 1918-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilmişdir.
Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.
Spiker qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır porblemlərlə qarşısında qalmış dövrdür.
“O zaman hakimiyyətə gəlmiş iqtidar Azərbaycanı siyasi, hərbi və iqtisadi böhran vəziyyətinə salmışdı. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə şərait yaratmışdı. Müstəqil Azərbaycanın iflasa uğraması təhlükəsi real idi. Heydər Əliyev fenomeni buna imkan vermədi. Ulu Öndər xalqımızı bu təhlükədən xilas edərək inkişaf yoluna çıxardı”, - deyə o, əlavə edib.