Yazını böyüt
Yazını kiçilt
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 28 May - Müstəqillik Gününə həsr olunan fləşmob keçirilib. Fləşmobda Azərbaycan Texniki Universitetinin (AzTU) və Milli Konservatoriyanın tələbələri Azərbaycanın Dövlət Himnini birlikdə oxuyub.
Hafta.az xəbər verir ki, bu barədə AzTU-dan məlumat verilib.
Bildirilib ki, AzTU TV-nin yeni layihəsi olan fləşmobda 70-dən çox tələbə iştirak edib. Görüntülər Fəxri xiyaban, Şəhidlər xiyabanı, Azərbaycan Texniki Universiteti və Milli Konservatoriyada lentə alınıb.