Ümrə ziyarəti ilə bağlı YENİ QƏRAR

21:27 09.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı hökuməti oktyabrın 10-dan etibarən yalnız 2 dozada yeni tip koronavirus (Kovid-19) peyvəndi alanların Ümrə ziyarəti və ibadətə icazə veriləcəyini açıqlayıb.

Hafta.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi yazılı açıqlamasında 10 oktyabr tarixindən etibarən Məscidül-Həram və Məscid-i Nəbəvidə ümrə etmək və namaz qılmaq icazəsinin yalnız ölkədə qəbul edilən Covid-19 peyvəndindən 2 doza qəbul edənlərlə məhdudlaşacağını bildiribmişdir.

Açıqlamada, Ümrə, ibadət və ya ziyarət üçün icazə almış, ancaq 2 doz peyvənd almayan insanların, icazələrinin ləğv edilməməsi üçün icazə tarixindən 48 saat əvvəl 2-ci dozu almaları lazım olduğu ifadə edilib.
Səudiyyə Ərəbistanı, avqust ayında Covid-19 tədbirlərinə riayət edərək ayda 2 milyon Ümrə ziyarətinə gələnləri qəbul edəcəyini açıqlayıb.