Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.
Bu barədə hafta.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.
İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər. Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.
Bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərdən bu sənədi Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.